...

Bakıda türkdilli ölkələrin turizm nazirlərinin 2-ci görüşü olacaq

Cəmiyyət Materials 16 May 2015 16:25 (UTC +04:00)
Mayın 18-19-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində turizm üzrə işçi qrupunun 5-ci iclası, mayın 20-də isə təşkilata üzv ölkələrin turizm nazirlərinin 2-ci görüşü keçiriləcək.
Bakıda türkdilli ölkələrin turizm nazirlərinin 2-ci görüşü olacaq

Azərbaycan, Bakı, 16 may /Trend/

Mayın 18-19-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində turizm üzrə işçi qrupunun 5-ci iclası, mayın 20-də isə təşkilata üzv ölkələrin turizm nazirlərinin 2-ci görüşü keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin turizm siyasətini həyata keçirən dövlət qurumlarının rəhbər vəzifəli şəxslərinin və əməkdaşlarının, turizm sənayesi nümayəndələrinin və turizm assosiasiyalarının, Şuranın Baş Katibliyinin iştirakı ilə keçiriləcək görüşdə təşkilat çərçivəsində əməkdaşlığın gücləndirilməsi, üzv ölkələr arasında turizm sahəsində əlaqələrin genişləndirilməsi, Türk dünyasının maddi və qeyri-maddi irsinin turizm vasitəsilə təbliği, həyata keçiriləcək birgə layihələr və tədbirlər, dövlət və özəl sektor arasında birgə fəaliyyətin təşviqi məsələləri, həmçinin, son iki ildə aparılan birgə fəaliyyət nəticəsində əldə olunmuş nəticələr müzakirə olunacaq.

Bu dövr ərzində təşkilat çərçivəsində üzv ölkələr arasında "Türk Şurası - Müasir İpək Yolu" beynəlxalq mədəni turizm marşrutu işlənib hazırlanmış, gələcəkdə həyata keçirilməsi məqsədilə "Dədə Qorqud - Korkut Ata" mədəni turizm layihəsi üzrə işlər görülmüş, Türkiyə və Azərbaycanda keçirilən beynəlxalq turizm sərgilərində üzv ölkələrin turizm potensialını əks etdirən birgə fotostendlər, infoturlar, həmçinin Türkiyə mütəxəssislərinin iştirakı ilə turizm sahəsində kadrlar üçün təlim kursları təşkil edilmişdir.

2015-ci ilin avqust ayında keçiriləcək üzv ölkələrin dövlət başçılarının Zirvə görüşü öncəsi hazırlıq xarakteri daşıyan iclasda son görülmüş işlərin nəticələri və həyata keçilməsi nəzərdə tutulan tədbir və layihələrini əhatə edən Yekun Protokol və üzv ölkələrin turizm sənayesi nümayəndələrini birləşdirən qurumlar (turizm assosiasiyaları) arasında Anlaşma Memorandumu imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti