...

Azərbaycan sinoptiklərindən hava müjdəsi

Cəmiyyət Materials 17 May 2015 13:52 (UTC +04:00)
Həftənin ilk iş günü - mayın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycan sinoptiklərindən hava müjdəsi

Azərbaycan, Bakı, 17 may /Trend/

Həftənin ilk iş günü - mayın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, mayın 18-də Bakı və Abşeron yarımadasında cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində mayın 18-də hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, Şərq küləyi əsəcək.

Temperaturun gecə 11-16, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti