...

Təhsil Nazirliyi ali məktəblərdə illik təhsil haqlarının artması məsələsinə aydınlıq gətirdi

Cəmiyyət Materials 18 May 2015 11:05 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi 2015-2016-cı tədris ili üçün ali məktəblərdə ödənişli ixtisaslar üzrə illik təhsil haqlarının artması barədə yayılan məlumatlara aydınlıq gətirib.
Təhsil Nazirliyi ali məktəblərdə illik təhsil haqlarının artması məsələsinə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi 2015-2016-cı tədris ili üçün ali məktəblərdə ödənişli ixtisaslar üzrə illik təhsil haqlarının artması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyevun Trend-ə verdiyi məlumata görə, ali təhsilin həm bakalavrait, həm də magistratura səviyyəsi üzrə illik təhsil haqları demək olar ki, ötən ilki səviyyədə qalıb.

Y.Piriyev bildirib ki, yalnız bəzi ixtisaslar üzrə təhsil haqları bir qədər artıb. Amma bu artım da çox hesab edilə bilməz: "Bu ilki qəbul planında həm bakalavriat, həm də magistratura səviyyələri üzrə ixtisaslar üçün illik təhsil haqlarında dəyişiklik demək olar ki, müşahidə edilmir. Təhsil haqları ötən ildəkinə yaxın rəqəmlərdir".

Y.Piriyev deyib ki, özəl universitetlər təhsil haqlarını özləri müəyyən edirlər. Dövlət ali məktəblərində isə təhsil haqları dövlət sifarişinə uyğun olaraq müəyyənləşdirilir: "Dövlət sifarişində ixtisaslardan asılı olaraq, büdcədən maliyyə vəsaiti ayrılır. Buna görə də dövlət universitetləri illik təhsil haqlarını elə qoymalıdır ki, məbləğ həddindən artıq yüksək olmasın, yəni buna yaxın bir qiymət olsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti