...

Baş redaktorla müsahibə: "Azernews-un məqalələri ilə bağlı Twitter-də müzakirələr gedir..."

Cəmiyyət Materials 18 May 2015 16:24 (UTC +04:00)
Qlobal düşünmək bacarığı, hadisələrə xarici oxucunun gözü ilə baxmaq – Azernews-u dünya ictimaiyyətində maraqlı edən bu keyfiyyətlərdir.
Baş redaktorla müsahibə: "Azernews-un məqalələri ilə bağlı Twitter-də müzakirələr gedir..."

Azərbaycan, Bakı, 18 may /Trend/

Day.Az-ın "Azernews" qəzetinin baş redaktoru Sevil Mikayılova ilə müsahibəsi

- Azernews-u Azərbaycanın media məkanında jurnalist irəliləyişi hesab etmək olar. Belə ki, bu qəzetin ekspert rəylərinə nəinki ölkədə, həm də onun sərhədləri xaricində - müxtəlif ölkələrdən olan diplomatlar, siyasətçilər istinad edir. Sevil xanım, Azernews-da onları cəlb edən nədir?

- "Azernews" ingilisdilli qəzetdir. Jurnalistlərimiz ingilis dilində yazırlar, ofisdə də ingilis dilindən istifadə edirik. Qlobal düşünmək bacarığı, hadisələrə xarici oxucunun gözü ilə baxmaq - Azernews-u dünya ictimaiyyətində maraqlı edən bu keyfiyyətlərdir. Bu qəzetin jurnalistləri ingilis dilində düşünüb-danışır, nüfuzlu transmilli mətbuatdan olan həmkarlarının üslubunda yazırlar.

- Azernews-un xəbərlərinin səsi haralardan gəlir?

- Oxucular beynəlxalq arenada Azərbaycanla bağlı məqalələrimizə aktiv reaksiya göstərirlər. Azernews-un məqalələri ilə bağlı, məsələn, Twitter-də tanınmış politoloqlar arasında müzakirələr gedir.

Twitter-dəki auditoriyamızı siyasət, iqtisadiyyat, biznes və diplomatiyada olan ciddi fiqurlar təşkil edir ki, bu da, əlbəttə, yazdıqlarımıza görə məsuliyyətimizi artırır. Və "Azernews" dərclərinin çoxlu retviti və şərhləri olur. Qəzetimizin bu istiqamətdə fəaliyyəti yeni olsa da, Twitter-də auditoriyamız hər gün genişlənir.

- "Azernews" jurnalistlərinin yazıları Avropa mətbuatında tez-tez dərc olunur. Böyük rəqabət və xarici mətbuatda böyük müəllif potensialı şəraitində "Azernews" buna necə nail olub?

- Həmişə imkan çərçivələrini genişləndirmək lazımdır. Xarici mətbuatda dərc olunmaq nəinki Azərbaycan baxımından, həmçinin jurnalistin özü üçün də lazımdır. Çünki bu, böyük təcrübədir. Peşəkarlıqla inkişaf etmək istəyi öz nəticəsini verdi. Xarici mətbuatda ən çox tolerant cəmiyyətin Azərbaycan modelindən yazırıq. Hər şeydən öncə intellektual kapitalımızın hesabına zənginik. Tariximizə, mədəniyyətimizə, ən əsası, şəxsiyyətlərimizə diqqət ayırırıq.

Azernews-un Azərbaycan təbiətinə həsr edilmiş məqalələri fəal şəkildə oxunur. Oxucu auditoriyası ilə qarşılıqlı əlaqə var, ona görə də bunu iddia edə bilirəm.

- Bütün dünyada çap edilən qəzetlər onlayn qəzetlərə uduzur. Onlar da aktual qala biləcəkləri bu formata keçməli olurlar. Bu, daha çox təhlildir...

- (Sözü kəsərək) Kağız qəzetlərin belə asanlıqla təslim olacaqlarını düşünmürəm. Bəli, onlayn qəzetlər dəbdə olan tendensiyadır. Lakin burada keyfiyyətli oxucu amili çox vacibdir. Hadisələri daha ətraflı bilmək, baş verənlərdən xəbərdar olmaq istəyənlər bundan sonra da qəzetlərdən imtina etməyəcəklər. Ona görə də qəzet oxumaq ənənəsi ölməyəcək. Kağız qəzetlər isə məhz bu cür oxucu auditoriyasına yönəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti