...

Azərbaycanda 20 həkimə 1 kompüter düşür

Cəmiyyət Materials 19 May 2015 11:07 (UTC +04:00)
Aparılan araşdırmaların nəticəsinə görə, hazırda Azərbaycanda hər 20 həkimə 1 kompüter düşür.
Azərbaycanda 20 həkimə 1 kompüter düşür

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İlhamə İsabalayeva/

Aparılan araşdırmaların nəticəsinə görə, hazırda Azərbaycanda hər 20 həkimə 1 kompüter düşür. Trend-in məlumatına görə, bunu Azərbaycan Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması İdarəsinin direktoru Cəbrayıl Әsəd-zadə "Xəstəxanaların idarə olunmasında müasir informasiya texnologiyalarının tətbiqi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, bu gün rayonlardakı tibb müəssisələrində informasiya texnologiyaları ilə təminat, internetə çıxış istənilən səviyyədə deyil: "Bu da elektron səhiyyə texnologiyalarının tətbiqinə mane olur".

C.Әsəd-zadə bildirib ki, səhiyyə sisteminin infrastrukturunun genişlənməsi, o cümlədən yüksək sürətli internetə çıxşın təmin olunması, kadr potensialının gücləndirilməsi, İKT üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi qarşıda duran əsas vəzifələrdəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti