...

Bakıda binada baş verən yanğın nəticəsində ölənlərdən 11-nin şəxsiyyəti müəyyənləşib (SİYAHI) (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 19 May 2015 17:32 (UTC +04:00)
Bakıda binada baş verən yanğın nəticəsində ölən 16 nəfərdən 7-nin şəxsiyyəti artıq müəyyənləşib.
Bakıda binada baş verən yanğın nəticəsində ölənlərdən 11-nin şəxsiyyəti müəyyənləşib (SİYAHI) (ƏLAVƏ OLUNUB)

Kimliyi müəyyənləşdirilən digər şəxslər barədə məlumat əlavə olunub (ilk xəbər saat 16:30-da yayılıb)

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İlhamə İsabalayeva/

Bakıda yaşayış binasında baş verən yanğın nəticəsində ölən 14 nəfərdən 11-nin şəxsiyyəti artıq müəyyənləşib.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev Trend-ə bildirib ki, onların 14-nün meyiti Birliyə gətirilib.

Artıq onlardan 11-nin şəxsiyyəti müəyyənləşib. Onlar Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğlu (2 yaş), Məhərrəmova Fərəh Elnur qızı (3 yaş), bacı-qardaş - Bağırov Sahib Rəhim oğlu (46 yaş), Bağırova Firəngiz Rəhim qızı (60 yaş), Şirinova Zülfiyyə Yavər qızı (43 yaş), Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş), bacı-qardaş - Eyvazov Davud Hamir oğlu (16 yaş), Eyvazova Ülkər Hamir qızıdır (21 yaş).

Qeyd edək ki, bu gün Bakıda yaşayış binasında baş vermiş yanğın zamanı ölənlərin sayı 14 nəfərə çatıb, xəsarət alanlar isə 50 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti