...

AZAL-ın peşəkar pilotları: sərnişinlər Moskvaya göndərildi (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 21 May 2015 14:00 (UTC +04:00)
Mayın 21-i yerli vaxtla 11:00-da Bakı-Moskva marşrutu üzrə AHY-852 reysini yerinə yetirən Boinq-757 təyyarəsi hidrosistemlərin birində təzyiqin düşməsinə görə aeroporta qayıdıb.
AZAL-ın peşəkar pilotları: sərnişinlər Moskvaya göndərildi (ƏLAVƏ OLUNUB)

İlk xəbər 12:30-da yayılıb

Azərbaycan, Bakı, 21 may /Trend/

Mayın 21-i yerli vaxtla 11:00-da Bakı-Moskva marşrutu üzrə AHY-852 reysini yerinə yetirən Boinq-757 təyyarəsi hidrosistemlərin birində təzyiqin düşməsinə görə aeroporta qayıdıb. Trend-in verdiyi xəbərə əsasən, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin məlumatında deyilir.

Məlumatda deyilir ki, eniş uğurlu olub, xəsarət alanlar yoxdur: "Belə nasazlıqla təyinat məntəqəsinə kimi uçuş mümkün idi. Ancaq nasazlığın uçuşdan dərhal sonra yaranmasını nəzərə alsaq, kapitan tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş həyata keçirmək qərarı qəbul edilib".

Nasazlığın səbəbləri "Azərbaycan Hava Yolları" QSC-nin xüsusi komissiyası tərəfindən araşdırılacaq. Sərnişinlər yerli vaxtla 13:00-da ehtiyat təyyarə ilə Moskvaya göndəriləcək.

XXX

Heydər Əliyev Beynəlxalq Limandan Trend-ə bildiriblər ki, texniki problemə görə aeroporta geri dönən Bakı-Moskva təyyarəsinin sərnişinləri ehtiyat təyyarə ilə Moskvaya göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti