...

Nobel prospekti bu gün açılır (FOTO)

Cəmiyyət Materials 21 May 2015 14:53 (UTC +04:00)
A.Nobel prospektinin “Ağ şəhər”in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan və təmir olunan təqribən 700 metrlik son tamamlanma işləri görülür.
Nobel prospekti bu gün açılır (FOTO)

Azərbaycan, Bakı, 21 may /Trend/

Nobel prospektinin "Ağ şəhər"in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan və təmir olunan təqribən 700 metrlik hissəsində son tamamlanma işləri görülür. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən aparılan təmir işləri çərçivəsində sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, yenisi ilə əvəz olunub. "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ümumilikdə 13 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənilib.Yol boyu 1400 paqon-metr səki daşı dəyişdirilib.

Hazırda kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənir, səth suların normal axıdılması üçün zəruri olan ərazilərdə yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları dəyişdirilir. Sözügedən ərazidə yol cizgilərinin, yol göstərici xətlərinin və piyada keçidlərinin xətlənməsi, yol ayrıcı zolaqlarda yaşıllaşdırma işləri həyata keçirilir. Bütün bu işlərin axşam saatlarında tam olaraq yekunlaşdırılması planlaşdırılır. Bundan sonra nəqliyyat vasitələrinin hərəkəti burada tam bərpa olunacaq.

Xatırladaq ki, Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən "Ağ şəhər"ə qədər olan 1.6 kilometrlik hissəsində də təmir-tikinti işləri aparılıb. Artıq yol yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti