...

Azərbaycanda avtomobillərin texniki baxışı üçün tələb olunan yol vergisi haqda sənəd ləğv olunur (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 22 May 2015 12:24 (UTC +04:00)
Azərbaycanda avtomobillərini texniki baxışdan keçirmək istəyən şəxslər yol vergisinin ödənilməsi barədə sənədi verməkdən azad olunacaq.
Azərbaycanda avtomobillərin texniki baxışı üçün tələb olunan yol vergisi haqda sənəd ləğv olunur (ƏLAVƏ OLUNUB)

İlk xəbər mayın 21-də saat 16:58-də yayılıb

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda avtomobillərini texniki baxışdan keçirmək istəyən şəxslər yol vergisinin ödənilməsi barədə sənədi verməkdən azad olunacaq.

Milli Məclisdən Trend-ə verilən məlumatına görə, bu barədə məsələ parlamentin mayın 29-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən "Yol hərəkəti haqqında" qanuna dəyişikliklərdə öz əksini tapıb.

Belə ki, qanuna təklif edilən dəyişikliyə əsasən, texniki baxış keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs indiyə qədər təqdim etdiyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə yol vergisinin ödənilməsi barədə sənədi təqdim etməkdən azad olunur.

Qeyd edək ki, bu dəyişiklik Vergi Məcəlləsinə edilən dəyişkliyə uyğunlaşdırmaq məqsədilə həyata keçirilir. 2015-ci ilin yanvarın 1-dən Vergi Məcəlləsinə qüvvəyə minmiş dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri vergitutma obyekti deyil, yəni 2015-ci ildən etibarən mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan hüquqi və fiziki şəxslər illik yol vergisini ödəməyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti