...

"ASAN xidmət" yanan binanın sakinlərinə xidmət göstərməyə başlayıb (FOTO) (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 21 May 2015 15:41 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Binəqədi rayonu ərazisində yanğın baş vermiş çoxmərtəbəli binada sənədləri yanmış və ya korlanmış sakinlərə "Səyyar ASAN xidmət" vasitəsilə xidmət göstərilir.
"ASAN xidmət" yanan binanın sakinlərinə xidmət göstərməyə başlayıb (FOTO) (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Binəqədi rayonu ərazisində yanğın baş vermiş çoxmərtəbəli binada sənədləri yanmış və ya korlanmış sakinlərə "Səyyar ASAN xidmət" vasitəsilə xidmət göstərilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Trend-ə verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər aidiyyəti dövlət qurumları tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakı və digər zəruri sənədləşmələr daxildir:

- Notariat fəaliyyəti;
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, xidmətlər 22 may 2015-ci il tarixindən etibarən baş vermiş yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılmış qərargahın yanında səyyar avtomobillər və iritutumlu avtobus vasitəsilə həyata keçiriləcək.

"Səyyar ASAN xidmət"in iş qrafiki:

Həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti