...

Azərbaycanda yetkinlik yaşına çatmayanlara içki və siqaret satanlar üçün cərimələr artırılır

Cəmiyyət Materials 21 May 2015 18:00 (UTC +04:00)
Azərbaycanda yetkinlik yaşına çatmayan uşaqlara alkoqollu içki və tütün məmulatları satanlar daha yüksək məbləğdə cərimələnəcəklər.
Azərbaycanda yetkinlik yaşına çatmayanlara içki və siqaret satanlar üçün cərimələr artırılır

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda yetkinlik yaşına çatmayan uşaqlara alkoqollu içki və tütün məmulatları satanlar daha yüksək məbləğdə cərimələnəcəklər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, "İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə əsasən, yetkinlik yaşına çatmayan uşaqlara etil (yeyinti) spirt, alkoqollu içki və tütün məmulatlarının satılmasına görə tətbiq edilən cərimənin məbləği artırılır.

Yeni layihədə təklif edilir ki, belə hallara görə tətbiq edilən cərimənin məbləği 100 manat olsun. Hazırda isə bu cərimənin məbləği 15 manatdan 40 manata kimidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti