...

Bakının bəzi rayonlarında qaz təchizatında məhdudiyyət olacaq

Cəmiyyət Materials 22 May 2015 08:25 (UTC +04:00)
Bu gün Bakının bəzi rayonlarında qaz təchizatında məhdudiyyət olacaq.
Bakının bəzi rayonlarında qaz təchizatında məhdudiyyət olacaq

Azərbaycan, Bakı, 22 may /Trend/

Bu gün Bakının bəzi rayonlarında qaz təchizatında məhdudiyyət olacaq.

Binəqədi, Nərimanov və Sabunçu rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə Trend-ə "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Diametri 530 mm-lik polad borunun istismara yararsız olması səbəbindən, polietilen boru ilə əvəzlənməsi və yeni çəkilmiş qaz xətlərinin mövcud qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar bu gün 10:00-dan 13:00-dək Binəqədi rayonunun 8-ci mikrorayon, Nərimanov rayonunun Ayna Sultanova küçəsindən Gənclik metro stansiyasına qədər olan ərazisinə, saat 1000-dan 1800-dək isə Sabunçu rayonunun Pirşağı və Nardaran qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti