...

Kliniki Tibbi Mərkəz Bakıda yanan binada xəsarət alan 11 xəstənin durumunu açıqladı

Cəmiyyət Materials 22 May 2015 10:28 (UTC +04:00)
Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi nəticəsində yaralanan şəxslərın vəziyyəti orta ağırdır.
Kliniki Tibbi Mərkəz Bakıda yanan binada xəsarət alan 11 xəstənin durumunu açıqladı

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İlhamə İsabalayeva/

Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında mayın 19-da baş vermiş yanğın hadisəsi nəticəsində yaralanan şəxslərın vəziyyəti orta ağırdır.

Bunu Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, hazırda yanğın nəticəsində xəsarət alan 11 xəstə xəstəxanada müalicə edilir: "Onların 8-i böyük, 3-ü isə uşaqdır. Hazırda xəstələrin həyatı üçün təhlükə yoxdur".

A.Maqsudov deyib ki, sabah həkimlərin konsiliumundan sonra bir xəstənin evə buraxılacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti