...

Azərbaycanın bəzi ərazilərində yağış yağacaq

Cəmiyyət Materials 22 May 2015 12:33 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində yağış yağacaq.
Azərbaycanın bəzi ərazilərində yağış yağacaq

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, mayın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 21-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 23-də əsasən axşam və gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 25-30, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti