...

Mübariz Qurbanlı Ağcabədidə vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 22 May 2015 16:24 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Mübariz Qurbanlı Ağcabədidə vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 22 may /Trend/

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Mayın 26-da Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağcabədi rayonunda Ağcabədi, Ağdam, Bərdə və Tərtər rayon sakinlərini qəbul edəcək.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbul Ağcabədi rayonu Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 217) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Əlizadə Nəcəfov.
Mob: (050) 315-53-52

e-mail:[email protected]
www.scwra.gov.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti