...

Azərbaycanda alı məktəblərə qəbul üçün ixtisas seçimi müsabiqəsinə buarxılma şərtləri açıqlanıb

Cəmiyyət Materials 25 May 2015 13:38 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi müsabiqəsinə buraxılma şərtlərini açıqlayıb.
Azərbaycanda alı məktəblərə qəbul üçün ixtisas seçimi müsabiqəsinə buarxılma şərtləri açıqlanıb

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi müsabiqəsinə buraxılma şərtlərini açıqlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələrinə ixtisas seçimi iyulun 30-dan avqustun 11-dək aparılacaq. Müsabiqə şərtlərinə əsasən I, II, III və IV ixtisas qrupları üzrə ixtisas seçiminə ümumi balı 200-dən və hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Əgər müsabiqə şərtlərində hər hansı dəyişiklik olarsa, bu haqda məlumat veriləcək.

Dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə ixtisas seçimində iştirak etmək üçün qoyulan tələblər bu ilki məzunların qəbul imtahanları başa çatdıqdan sonra -iyul ayında TQDK tərəfindən müəyyən olunur.

Tam (11-illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi isə avqustun 14-dən 19-dək aparılacaq. İxtisas seçimində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

Bu haqda daha ətraflı məlumatlar 2 saylı "Abituriyent" jurnalında dərc olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti