...

Azərbaycan Tarixi Muzeyində "Fikir şənbəsi”(Foto)

Cəmiyyət Materials 25 May 2015 13:53 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Fikir şənbəsi" klubu bu dəfə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində toplaşıb.
Azərbaycan Tarixi Muzeyində "Fikir şənbəsi”(Foto)

Azərbaycan, Bakı, 25 may /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Fikir şənbəsi" klubu bu dəfə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində toplaşıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya Təminatı sektorundan Trend-ə verilən məlumata görə, Bilik Fondunun əməkdaşları Ağdam məktəbliləri və Bakının Nəsimi rayonundakı 159 nömrəli tam orta məktəbin şagird və müəllimlərindən ibarət bir qrupla tariximizin təbliği məqsədilə Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya edib.

Klubun üzvləri muzeydə Azərbaycan tarixi və mədəniyyətinin nümunələri - qədim geyim, zinət və məişət əşyaları, xalçalar, rəsm əsərləri, digər qiymətli eksponatlarla tanış olublar. Sonra məktəblilər arasında Azərbaycan tarixinə dair viktorina keçirilib. Sualları düzgün cavablandıran şagirdlərə Bilik Fondunun hədiyyələri təqdim edilib.

Muzeyin elmi işçisi Nardanə Yusifova məktəblilərə "Tariximiz eksponatların dili ilə" mövzusunda mühazirə deyib. Mühazirəçi iştirakçıları maraqlandıran sualları da cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti