...

Abituriyentlər üçün yaradılan səyyar Sənəd Qəbulu komissiyaları işini başa çatdırdı

Cəmiyyət Materials 26 May 2015 11:50 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ağcabədi Regional Bölməsi tərəfindən təşkil olunmuş səyyar Sənəd Qəbulu komissiyasları öz işini başa çatdırıb.
Abituriyentlər üçün yaradılan səyyar Sənəd Qəbulu komissiyaları işini başa çatdırdı

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ağcabədi Regional Bölməsi tərəfindən təşkil olunmuş səyyar Sənəd Qəbulu komissiyaları işini başa çatdırıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, səyyar SQK-lar ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə, eləcə də V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə elektron ərizə təqdim edən və həmin ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlərin rahatlığını təmin etmək və onların vaxtlarına və vəsaitlərinə qənaət olunması üçün yaradılmışdı.

Ağcabədi Regional Bölməsinin əməkdaşları tərəfindən Bərdə, Ağdam, Füzuli, Tərtər, Beyləqan və Zərdab rayonundan olan 185 nəfər abituriyentə yaşadıqları rayonda xidmət göstərilib. Bunlardan 94 nəfəri ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə, 66 nəfəri isə V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə elektron ərizələrini təsdiqlətdirmək üçün, 25 nəfər abituriyent isə sənəd qəbulu və qəbul kompaniyasının digər mərhələləri ilə bağlı müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti