...

BDU-nun professoru qızıl medala layiq görülüb (FOTO)

Cəmiyyət Materials 26 May 2015 12:04 (UTC +04:00)
Professor Elşad Qurbanov qızıl medala layiq görülüb.
BDU-nun professoru qızıl medala layiq görülüb (FOTO)

Azərbaycan, Bakı, 26 may /Trend/

Professor Elşad Qurbanov qızıl medala layiq görülüb.

Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinin botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Elşad Məcnun oğlu Qurbanov "Avropa Nəşr Mətbuat Evi" tərəfindən "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı və fəxri diplomu ilə təltif edilib.

BDU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, adıçəkiln qurumun nümayəndələri və botanika kafedrasının əməkdaşlarının ilə keçirilən təltifetmədə məlum olub ki, respublikada kifayət qədər tanınan və nüfuza malik olan "Avropa Nəşr Mətbuat Evi" vaxtaşırı elm, təhsil sahəsində fərqlənən görkəmli alimlərini qiymətləndirərək, qızıl medalla təltif edir.

Professor Elşad Qurbanov Azərbaycan Botanika elminin inkişafına verdiyi töhfələrlə fərqlənən alimlərdəndir və onun çoxşaxəli fəaliyyəti qurumun diqqətindən kənarda qalmayıb. Onu da qeyd edək ki, görkəmli florist kimi tanınan professor Elşad Qurbanovun rəhbərliyi ilə yüzlərlə magistr və fəlsəfə doktorları müdafiə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti