...

"IDEA velosiped dayanacağı" quraşdırılıb (FOTO)

Cəmiyyət Materials 26 May 2015 18:12 (UTC +04:00)
Ekologiyamızın keşiyində durmaq məqsədi daşıyan IDEA İctimai Birliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası Bakı şəhərində velosipeddən istifadəni təşviq etmək məqsədilə 26 may tarixində “Port Baku” kompleksində yerləşən “The Club” idman mərkəzinin qarşısında “IDEA velosiped dayanacağı” (IDEA Bycile Stand) quraşdırmışdır.
"IDEA velosiped dayanacağı" quraşdırılıb (FOTO)

Azərbaycan, Bakı, 26 may /Trend/

Ekologiyamızın keşiyində durmaq məqsədi daşıyan IDEA İctimai Birliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası Bakı şəhərində velosipeddən istifadəni təşviq etmək məqsədilə 26 may tarixində "Port Baku" kompleksində yerləşən "The Club" idman mərkəzinin qarşısında "IDEA velosiped dayanacağı" (IDEA Bycile Stand) quraşdırmışdır.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, dayanacağın quraşdırılması şəhərimizdə ekoloji təmiz nəqliyyat növü hesab edilən velosipedi təşviq etməklə yanaşı, yanacaq mühərrikli nəqliyyat vasitələrindən istifadəni azaltmağa xidmət edəcəkdir. Məlumdur ki, avtomobillərin atmosferə buraxdığı zərərli qazlar havanın çirklənməsinə səbəb olur ki, bu da öz növbəsində ekoloji və sağlamlıq problemlərinin yaranmasına gətirib çıxardır.

IDEA inanır ki, Bakı şəhərində xüsusi velosiped dayanacaqlarının quraşdırılması əhali tərəfindən bu nəqliyyat növünün seçilməsi üçün əlavə stimul olacaqdır.

IDEA İctimai Birliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası maraqlı tərəfləri ətraf mühitimizin mühafizəsi naminə "yaşıl nəqliyyat" kampaniyasında iştirak etməyə və məkanlarının qarşısında "IDEA Bycile Stand" quraşdırmağa dəvət edir.

Ətraflı məlumat əldə etmək üçün 497-63-16 nömrəli telefon vasitəsilə IDEA İctimai Birliyi ilə əlaqə saxlamağınız xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti