...

5 rayonun qaz təchizatında məhdudiyyət olacaq

Cəmiyyət Materials 27 May 2015 09:19 (UTC +04:00)
5 rayona verilən təbii qazın təchizatında məhdudiyyətlər olacaq.
5 rayonun qaz təchizatında məhdudiyyət olacaq

Azərbaycan, Bakı, 27 may /Trend/

5 rayona verilən təbii qazın təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məumatda bildirilir.

Məlumatda qeyd olunur ki, Tovuz, Şəmkir, Ağdaş, Şamaxı rayonlarında və Bakı şəhəri Xəzər rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Yeraltı və yerüstü qaz xətlərində yaranmış qaz sızmasının ləğvi və yeni çəkilmiş qaz xətləri üzərindəki qaz tənzimləyici qurğuların qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar bu gün saat 9:00-dan işlər başa çatanadək Tovuz, Şəmkir, Ağdaş, Şamaxı rayonlarının bir hissəsinə, həmçinin Bakı şəhəri Xəzər rayonunun Binə, Qala və Buzovna qəsəbələrinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti