...

Tərcümə Mərkəzi ədəbi gənclik üçün “Yeni Söz” mükafatı təsis etdi

Cəmiyyət Materials 27 May 2015 14:30 (UTC +04:00)
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi “Yeni Söz” Bədii Yaradıcılıq Mükafatı təsis edib.
Tərcümə Mərkəzi ədəbi gənclik üçün “Yeni Söz” mükafatı təsis etdi

Azərbaycan, Bakı, 27 may /Trend/

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi "Yeni Söz" adlı Bədii Yaradıcılıq Mükafatı təsis edib. Bu barədə Mərkəzdən Trend-ə verilən məlumatda bildirilir.

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi gənc istedadların aşkar edilməsi və beynəlxalq müstəvidə tanıdılması məqsədi ilə Azərbaycan dilində yazılmış poeziya, nəsr, esseistika nümunələri üzrə "Yeni Söz" adlı Bədii Yaradıcılıq Mükafatı təsis edib.

Müsabiqəyə ədəbi yaradıcılıqla məşğul olan 35 yaşınadək gənclərin əsərlərinin qəbul ediləcəyi nəzərdə tutulur.

Əsərlərin qəbuluna bu ilin oktyabrın 2-dən başlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti