...

Azərbaycan və İran birgə turizm turları təşkil edə bilərlər

Cəmiyyət Materials 29 May 2015 15:13 (UTC +04:00)
Azərbaycan və İranın mədəni irs sahəsində oxşar elementlərinin YUNESKO-ya birgə təklif edilməsi və birgə turizm turlarının təşkili təklif olunub.
Azərbaycan və İran birgə turizm turları təşkil edə bilərlər

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan və İranın mədəni irs sahəsində oxşar elementlərinin YUNESKO-ya birgə təklif edilməsi və birgə turizm turlarının təşkili təklif olunub.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xorvatiyanın Rovinj şəhərində keçirilən Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 100-cü sessiyası çərçivəsində İranın vitse-prezidenti, mədəni irs, turizm və əl işləri təşkilatının rəhbəri Məsud Sultanifərlə görüşüb.

Görüşdə İran-Azərbaycan əlaqələrində mədəni irs və turizm sahələrinin əhəmiyyəti müzakirə edilib. Görüş zamanı mədəni irs sahəsində oxşar elementlərin YUNESKO-ya birgə təklif edilməsi və birgə turizm turlarının təşkil edilməsi təklif olunub.

Görüşdə turizm sahəsində anlaşma memorandumunun yaxın vaxtlarda imzalanması üçün İranın vitse-prezidenti Bakıya dəvət olunub. Ə.Qarayev yaxın vaxtlarda İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi üçün hazırlıqlara başlanılacağını bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti