...

Gəncədə son zəng çalındı... (FOTO)

Cəmiyyət Materials 29 May 2015 15:19 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 2014-cü il oktyabrın 18-də yeni korpusunun açılışında iştirak etdikləri 4 sayl tam orta məktəbin 11-ci sinif şagirdləri bu gün məktəblə vidalaşıb.
Gəncədə son zəng çalındı... (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 2014-cü il oktyabrın 18-də yeni korpusunun açılışında iştirak etdikləri 4 sayl tam orta məktəbin 11-ci sinif şagirdləri bu gün məktəblə vidalaşıb.

Məktəbin "Son zəng" mərasiminə şəhər İcra Hakimiyyətinin, Təhsil İdarəsinin nümayəndələri, ADAU-nun rektoru, professor İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə qatılıblar. Mərasim Dövlət himninin səsləndirilməsiylə başlayıb.İlin ən yaxşı şagirdləri adını almış şagirdlər Milli Bayrağı təntənəli şəkildə gətiriblər.

Qonaqlar, məktəbin müəllimləri çıxış edərək məzunlara gələcək həyatlarında uğurlar arzulayıblar.

Tədbir boyu şagirdlər məktəbə, müəllimə aid şeirlər söyləyiblər. Aşağı sinif şagirdləri isə məzunları maraqlı rəqslərlə təbrik ediblər. Məktəb həyatı ilə vidalaşan 11-cilər bu illər ərzində bir yerdə olduğu sinif yoldaşlarından, müəllimlərindən ayrıldıqları üçün kədərləndiklərini bildiriblər. Tədbirin maraqlı hissəsi 11-cilərin ifasında səsləndirilən mahnılar,ifa etdikləri rəqslər olub. Mərasimdə 11-cilər üçün "Son zəng" çalınıb. Son zəng ərəfəsində şagirdlər duyğulu anlar yaşayıblar. Məzunların gözəl çıxışlarından sonra gözlənilən an gəlib çatdı. 1-cilər buraxılış sinifləri üçün "Son zəng"i çaldı. Bu zaman şagirdlərin və müəllimlərin çoxu göz yaşlarını saxlaya bilmədi.

Tədris ili ərzində idman və fənn olimpiadalarda qalib gələn şagirdlərə Fəxri fərmanlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti