...

Siqaretin daha bir ziyanı

Cəmiyyət Materials 29 May 2015 22:47 (UTC +04:00)
Böyük Britaniyada yaşlı insanların siqaret çəkməsi nəticəsində aztəminatlı ailələrdən olan təqribən 400 min uşaq yoxsulluq riski zonasındadır.
Siqaretin daha bir ziyanı

Azərbaycan, Bakı, 29 may /Trend/

Valideynlərin siqaret çəkməsi təkcə uşaqların sağlamlığına ziyan törətmir, həm də ailənin yoxsullaşmasına səbəb ola bilər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bir qrup alimin apardığı araşdırma nəticəsində belə qənaətə gəlinib.

Belə ki, Böyük Britaniyada yaşlı insanların siqaret çəkməsi nəticəsində aztəminatlı ailələrdən olan təqribən 400 min uşaq yoxsulluq riski zonasındadır.

Alimlərin fikrincə, siqaret çəkmək aşağı gəlirli ailələrdə ciddi maliyyə yükü yaradır, çünki valideynlər pis vərdişlərinə görə elementar məişət və qida tələbatlarına çəkilən xərcləri azaldırlar. Bu isə birbaşa uşaqlara zərbə vurur.

Elm adamları bildiriblər ki, siqaret çəkmək dünyada milyonlarla insanı birləşdirən bahalı vərdişdir. Məsələn, ABŞ-da siqaret çəkənlər çəkməyənlərə nisbətən evə daha az xərc çəkirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti