...

Azərbaycanda əvvəlki illərin məzunu olan 14 216 abituriyent qəbul imtahanında 200-dək bal toplaya bildi

Cəmiyyət Materials 29 May 2015 17:00 (UTC +04:00)
Azərbaycanda əvvəlki illərin məzunları üçün 2015-2016-cı tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarda iştirak etmiş əvvəlki 29004 abituriyentin 14216-sı 0-200 bal, cəmi 26 nəfər isə 600-dan çox bal toplayıb toplayıb.
Azərbaycanda əvvəlki illərin məzunu olan 14 216 abituriyent qəbul imtahanında 200-dək bal toplaya bildi

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda əvvəlki illərin məzunları üçün 2015-2016-cı tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarda iştirak etmiş əvvəlki 29004 abituriyentin 14216-sı 0-200 bal, cəmi 26 nəfər isə 600-dan çox bal toplayıb toplayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, I ixtisas qrupu üzrə imtahanda 11874 abituriyent iştirak etmiş, onlardan cəmi 963 nəfəri (8.11 faizi) 200 və daha yüksək bal toplayıb. Beləliklə, 10911 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 91.89 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 4 nəfər olub və və maksimal nəticə 647 baldır.

II ixtisas qrupu üzrə imtahanda 7224 nəfər iştirak edib. Bu qrupda imtahanda iştirak edənlərin 1117 nəfəri (15.46 faizi) 200 və daha yüksək bal toplayıb. İmtahanda 6107 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 84.54 faizi deməkdir. 2 nəfər 600-dən yuxarı bal toplayıb, maksimal nəticə 614 bal olub.

III ixtisas qrupu üzrə imtahanda 7812 nəfər iştirak edib. İştirakçıların 1934 nəfəri (24.76 faizi) 200 və daha yüksək bal toplayıb. Beləliklə, 5878 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 75.24 faizi deməkdir. Bu qrupda 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 680 baldır.

IV ixtisas qrupu üzrə imtahanda 2094 nəfər iştirak etmiş, onların cəmi 235 nəfəri (11.22 faizi) 200 və daha yüksək bal toplayıb. Beləliklə, 1859 nəfər 0-200 bal intervalında nəticə əldə edib ki, bu da iştirakçıların 88.78 faizi deməkdir. 600-dən yuxarı bal toplayanların sayı isə 10 nəfər olub və maksimal nəticə 670 baldır.

Qeyd edək ki, əvvəlki illərin məzunları üçün qəbul imtahanı may ayının 17-də (II və III ixtisas qrupları üzrə) və 24-də (I və IV istisas qrupları üzrə) keçirilib.

Qeyd edək ki, ilkin müsabiqə şərtlərinə əsasən I, II, III və IV ixtisas qruplarında (ödənişli əsaslarla olan ixtisaslar üzrə) müsabiqəyə ümumi balı 200-dən az olmayan abituriyentlər buraxılırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti