...

DİN Milli Şuranın mitinqi ilə bağlı məlumat yaydı

Cəmiyyət Materials 30 May 2015 17:12 (UTC +04:00)
Mayın 30-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
DİN Milli Şuranın mitinqi ilə bağlı məlumat yaydı

Azərbaycan, Bakı, 30 may /Trend/

Mayın 30-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, saat 15:30-dan 16:30-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 400 (dörd yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti