...

ƏƏSMN İsmayıllı rayonunda əmək yarmarkası keçirəcək

Cəmiyyət Materials 21 İyul 2015 10:52 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İsmayıllı rayonunda əmək yarmarkası keçirəcək.
ƏƏSMN İsmayıllı rayonunda əmək yarmarkası keçirəcək

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İsmayıllı rayonunda əmək yarmarkası keçirəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iyulun 25-də ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən İsmayıllı rayonunda işəgötürənlərin iştirakı ilə aktiv məşğulluq tədbiri olan əmək yarmarkası keçiriləcək.

İsmayıllı şəhəri, Heydər Əliyev prospekti, Mədəniyyət Sarayının qarşısında təşkil olunacaq tədbirə hazırlıq çərçivəsində rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardan boş (vakant) iş yerləri barədə məlumatların toplanması işləri aparılır. İlkin məlumata görə, yarmarkada işsiz və işaxtaran vətəndaşlara dövlət və qeyri-dövlət sektoruna aid 100-dən çox müəssisə üzrə 420-dən çox boş iş yerinin təqdim edilməsi nəzərdə tutulur.

Yarmarka zamanı əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək məqsədilə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı aparılacaq və qısa müddətdə onlar üçün kursların təşkili təmin olunacaq. Tədbirdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün qanunvericiliyə uyğun şəkildə müəyyən olunmuş şəkildə kvota üzrə iş yerləri də təqdim ediləcək, haqqı ödənilən ictimai işlərə cəlb edilmək istəyənlər qeydiyyata götürüləcək.

Cari ilin 6 ayında ƏƏSMN tərəfindən respublikanın 11 rayon və şəhərində təşkil olunan əmək yarmarkaları nəticəsində 650 nəfər işsiz və işaxtaran vətəndaş münasib iş yerləri ilə təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti