...

Ermənilərin Tərtərdə toy çadırına atəşi zamanı yaralanan iki nəfər xəstəxanaya yerləşdirilib

Cəmiyyət Materials 1 Sentyabr 2015 16:14 (UTC +04:00)
Erməni silahlı birləşmələrinin Tərtər rayonunda toy çadırını atəşə tutması zamanı yaralanan 3 nəfərdən ikisi xəstəxanaya yerləşdirilib.
Ermənilərin Tərtərdə toy çadırına atəşi zamanı yaralanan iki nəfər xəstəxanaya yerləşdirilib

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir Elmir Murad/

Erməni silahlı birləşmələrinin Tərtər rayonunda toy çadırını atəşə tutması zamanı yaralanan 3 nəfərdən ikisi xəstəxanaya yerləşdirilib. Bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

Onun sözlərinə görə, yaralıların ikisi də qadındır. O, biri isə azyaşlı uşaq olub: "Yaralılardan biri Tərtər Mərkəzi Rayon Xəstəxanasına, bir nəfər isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətləri stabildir. İnsident zamanı qaçarkən yıxılan və yüngül zədə alan Zəhra Əlizadə isə ev şəraitində müalicə olunur".

Qeyd edək ki, hadisə rayonun Qapanlı kəndində həyətdə toy mərasimi keçirilərkən baş verib. Nəticədə toyda iştirak edən 63 yaşlı Müşkinaz Tanrıverdiyeva, 67 yaşlı Mədinə Əhmədova və azyaşlı Zəhra Əlizadə xəsarət alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti