...

“Parlaq Zəka” intellekt şousu üçüncü mövsüm üçün yeni zəkaların axtarışında

Cəmiyyət Materials 17 Sentyabr 2015 12:40 (UTC +04:00)
Yəqin ki, “Parlaq Zəka” intellekt şousunun 1-ci mövsümün 2-cisi olan Mirəziz Əzizlini xatırlayırsınız. O, Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsilini başa vuraraq sentyabrın 15-də İngiltərəyə yola düşüb. M.Əzizli artıq təhsilini University of East Anglia (UEA)-da davam etdirəcək.
“Parlaq Zəka” intellekt şousu üçüncü mövsüm üçün yeni zəkaların axtarışında

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Yəqin ki, "Parlaq Zəka" intellekt şousunun 1-ci mövsümün 2-cisi olan Mirəziz Əzizlini xatırlayırsınız. O, Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsilini başa vuraraq sentyabrın 15-də İngiltərəyə yola düşüb. M.Əzizli artıq təhsilini University of East Anglia (UEA)-da davam etdirəcək.

Təhsilini dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyənlər üçün 2014-cü ilin ilin ən reytinqli intellekt şousu olan "Parlaq Zəka" növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran İntellekt Şounun III mövsümündə hazırda bakalavr təhsilini davam etdirən I, II, III və IV kurs tələbələri müraciət edə bilər.

Yazılı seçim turu oktyabrın 18-də saat 14:30-da Azərbaycan Universitetində keçiriləcək.

Qeydiyyat linkini yalnız Azərbaycan hərfləri ilə doldurmağınız, ad və soyadınızı şəxsiyyət vəsiqəsində olduğu kimi qeyd etməyiniz vacibdir. Elektron poçt ünvanınızı dəqiq göstərin.

Qeydiyat bitdikdən sonra qeydiyyata alındığınız haqqında məlumat sizin elektron poçt ünvanınıza göndəriləcək.

Qeydiyyatdan sonra 2 mərhələli seçim turundan uğurla keçən iştirakçılar verilişin çəkilişlərində iştirak edəcək. Növbəti mərhələ olaraq çəkilişlərdə mövzular əvvəlcədən təqdim ediləcək və hazırlaşmaq üçün müddət veriləcək. Sonra isə gələcəyini indidən qurmaq istəyən hər bir gəncin xəyalı ola biləcək mükafatlar uğrunda mübarizə başlayacaq.

Qeydiyyatın bitmə tarixi: 16.10.2015
Qeydiyyatdan keçmək üçün bu anketi doldurmağınız lazımdır.- http://goo.gl/forms/OJwTCtEOkO
Əlavə məlumat əldə etmək üçün Facebook - Parlaq Zəka səhifəsinə müraciət etmək olar.
Səhifənin linki : https://www.facebook.com/pages/Parlaq-Z%C9%99ka/232444236903953

İnformasiya dəstəyi- Trend, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti