...

Dövlət Məşğulluq Xidməti Zərdab və Qəbələ rayonlarında Əmək yarmarkaları keçirəcək

Cəmiyyət Materials 21 Sentyabr 2015 11:04 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün təşkil olunan Əmək yarmarkaları bu həftə 2 rayonda davam etdiriləcək.
Dövlət Məşğulluq Xidməti Zərdab və Qəbələ rayonlarında Əmək yarmarkaları keçirəcək

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün təşkil olunan Əmək yarmarkaları bu həftə 2 rayonda davam etdiriləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, növbəti Əmək yarmarkalarının sentyabrın 22-də Zərdab, sentyabrın 23-də Qəbələ rayonlarında keçirilməsi planlaşdırılır.

İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi yarmarkalarda həmin rayonlar üzrə boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək.

Tədbirlərdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerlərinin təqdim olunması, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatının aparılması da nəzərdə tutulur.

Cari ilin ötən dövründə Xidmət tərəfindən respublikamızın 43 rayonunda keçirilən Əmək yarmarkalarında ümumilikdə 3337 nəfərə boş iş yerlərinə göndəriş verilib, 377 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 179 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti