...

BANM-nin tələbəsi “SOCAR-AQŞ”-nin təqaüdünü qazandı

Cəmiyyət Materials 30 Sentyabr 2015 10:42 (UTC +04:00)
BANM-in tələbəsi “SOCAR-AQŞ”- nin təqaüdünü qazandı Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Eltun Sadıxov son iki semestr üzrə ən yaxşı nəticə göstərmiş beş tələbə arasından seçilərək “SOCAR-AQŞ” şirkətinin təqaüdünü qazanıb.
BANM-nin tələbəsi “SOCAR-AQŞ”-nin təqaüdünü qazandı

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

BANM-in tələbəsi "SOCAR-AQŞ"- nin təqaüdünü qazandı
Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi" ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Eltun Sadıxov son iki semestr üzrə ən yaxşı nəticə göstərmiş beş tələbə arasından seçilərək "SOCAR-AQŞ" şirkətinin təqaüdünü qazanıb.

BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, "SOCAR-AQŞ" şirkətinin nümayəndələri tərəfindən keçirilən müsahibədə uğur qazanan Eltun Sadıxov bir tədris ili ərzində bu şirkətin təqaüdünü alacaq.

Bununla bağlı öz təəssüratlarını bizimlə bölüşən tələbə Eltun Sadıxov deyir ki, "SOCAR-AQŞ " kimi dünya standartlarına uyğun Azərbaycan şirkətlərindən birinin təqaüdünə layiq görülməsini özü üçün çox böyük uğur hesab edir: "Çünki nə vaxtsa "SOCAR-AQŞ-nin təqaüdünə layiq görülmüşəm" dedikdə, bu, mənim haqqımda çox şey deyəcək. Digər tərəfdən, bu təqaüd növbəti iki ildə daha yaxşı çalışmağım üçün bir motivasiyadır".

Qeyd edək ki, Eltun Sadıxov 2012-ci ildə 676 balla Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi" ixtisasına qəbul olub, həmin il Prezident təqaüdünə layıq görülüb. 2013-cü ilin mart ayında BANM-də keçirilən Tələbələrin Birinci Elmi Konfransında üçüncü yeri qazanıb.

Eltun Sadıxov SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində əsas neft və qaz sənayesinə aid təchizatlar üzrə təlimdə, "Dənizdə təhlükəsizlik" təlimində iştirak edib.

O, SOCAR-ın "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" və "28 May" Neft və Qaz Çıxarma İdarəsində (NQÇİ) yay təcrübəsi keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti