...

Bakıda kişi idman gimnastikası üzrə qaliblərin mükafatlandırma mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 3 Oktyabr 2015 18:52 (UTC +04:00)
Oktyabrın 3-də Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə 22-ci Bakı çempionatı və birinciliyinin qaliblərin mükafatlandırma mərasimi keçirilib.
Bakıda kişi idman gimnastikası üzrə qaliblərin mükafatlandırma mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Oktyabrın 3-də Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə 22-ci Bakı çempionatı və birinciliyinin qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq" və "Neftçi" idman klubları, Respublika Olimpiya İdman Liseyinin yetirmələri, həmçinin Sumqayıt və Balakən təmsilçiləri iştirak edirlər.

Sözügedən turnir böyük gimnastlar üçün 23 oktyabr-1 noyabr tarixlərində Qlazqoda (Böyük Britaniya) keçiriləcək Dünya Çempionatı öncəsi sonuncu yarışdır. Qlazqoda Rio-de-Janyero Olimpiadasına lisenziyalar da oynanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti