...

Bakıda yeni marşrut işə düşür

Cəmiyyət Materials 16 Oktyabr 2015 23:32 (UTC +04:00)
Oktyabrın 17-dən etibarən “Baku-Bus” MMC-nin 2 saylı marşrut avtobusu iki gün test rejimində, oktyabrın 19-dan isə tam olaraq fəaliyyətə başlayacaq.
Bakıda yeni marşrut işə düşür

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Oktyabrın 17-dən etibarən "Baku-Bus" MMC-nin 2 saylı marşrut avtobusu iki gün test rejimində, oktyabrın 19-dan isə tam olaraq fəaliyyətə başlayacaq.

Trend Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir ki, 2 saylı marşrut avtobusunun hərəkət cədvəli - "20 Yanvar" metro stansiyasi - Tbilisi prospekti - C.Cabbarlı küçəsi - Ş.Qurbanov küçəsi - Ş.Bədəlbəyli küçəsi - S.Rüstəm küçəsi - Dilarə Əliyeva küçəsi - Puşkin küçəsi - Neftçilər prospekti - Y.Səfərov küçəsi - Heydər Əliyev prospekti - İ.Hidayətzadə küçəsi - Çernyayevski küçəsi - A.Neymətulla küçəsi - Təbriz küçəsi - "N.Nərimanov" metro stansiyası - Ə.Rəcəbli küçəsi - "Elit" ticarət mərkəzi - Ə.Rəcəbli küçəsi - Z.Bünyadov prospekti - Atatürk prospekti - Z.Bünyadov prospekti - Arxiv idarəsi olacaq.

Əks istiqamətdə isə Arxiv idarəsi - Z.Bünyadov prospekti - Atatürk prospekti - Z.Bünyadov prospekti - Ə.Rəcəbli küçəsi - "N.Nərimanov" metro stansiyası - Təbriz küçəsi - A.Neymətulla küçəsi - Heydər Əliyev prospekti - Y.Səfərov küçəsi - Ü.Hacıbəyov küçəsi - Puşkin küçəsi - Dilarə Əliyeva küçəsi - S.Rüstəm küçəsi - Füzuli küçəsi - Ş.Qurbanov küçəsi - Z.Əhmədbəyov - Tbilisi prospekti - "20 yanvar" metro stansiyasi olacaq.

Xəbər lenti

Xəbər lenti