...

Hesab.az Naxçıvan əhalisinə 5 qat bonus qazandırır

Cəmiyyət Materials 26 Oktyabr 2015 15:08 (UTC +04:00)
Azərbaycanın ən böyük onlayn ödəmə portalı olan Hesab.az Naxçıvan əhalisi üçün yeni bir imkan yaradıb.
Hesab.az Naxçıvan əhalisinə 5 qat bonus qazandırır

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Azərbaycanın ən böyük onlayn ödəmə portalı olan Hesab.az Naxçıvan əhalisi üçün yeni bir imkan yaradıb.

Trend məlumat verir ki, bu gündən etibarən Naxçıvan üçün ödəniş aparan istifadəçilər portalın təklif etdiyindən 5 qat artıq bonus qazanacaqlar. Bu bonuslarla hesab.az portalında keçirilən hərraclada iştirak edərək xüsusi hədiyyələr əldə edə və ya bonuslarını "Dərhal dəyiş" bölməsindəki hədiyyələrə dəyişə bilərlər.

Kampaniya, hesabların ödənişi səhifəsində "Naxçıvan" ödənişləri bölməsində olan bütün xidmətlər üçün keçərlidir.

Qeyd edək ki, kampaniya noyabr ayının 26-sınadək davam edəcək.

GoldenPay şirkətinə məxsus 190 mindən çox istifadəçisi olan Hesab.az, 80-dən çox xidmət növünə bank kartları vasitəsi ilə ödənişləri təqdim edən bir portaldır. Burada bank və lizinq kreditləri, kommunal, mobil, kabel tv, internet ödənişini etmək mümkündür. Hesab.az portalında həm də onlayn sığorta xidmətləri və kinoteatra bilet almaq olar. İstifadəçilərə "Şəxsi kabinet" yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonuslar qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək və ya dərhal hədiyyələrə dəyişmək imkanı təqdim edilir. Hesab.az portalı beynəlxalq elektron təhlükəsizlik standartlarına cavab verən müasir texniki infrastruktura malikdir. Hər ay 11 mln. manatdan çox və 100 minlərlə əməliyyat bu portal vasitəsi ilə həyata keçirilir. Həmçinin, portalın iOS, Android və Windows platformalarında tətbiqləri də mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti