...

Polis gücləndirilmiş iş rejiminə keçdi

Cəmiyyət Materials 29 Oktyabr 2015 13:57 (UTC +04:00)
Azərbaycanda polis gücləndirilmiş iş rejiminə keçib.
Polis gücləndirilmiş iş rejiminə keçdi

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Elmir Murad/

Azərbaycanda polis gücləndirilmiş iş rejiminə keçib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar polis oktyabrın 28-dən noyabrın 3-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı da artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti