...

Rabitə və yüksək texnologiyalar sahəsində podratçı şirkətin rəhbəri həbs edildi

Cəmiyyət Materials 2 Noyabr 2015 10:53 (UTC +04:00)
Rabitə və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən podratçı şirkətin rəhbəri Namazəli Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Rabitə və yüksək texnologiyalar sahəsində podratçı şirkətin rəhbəri həbs edildi

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Rabitə və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən podratçı şirkətin rəhbəri Namazəli Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Etibarlı mənbədən Trend-ə verilən məlumata görə, N.Məmmədovun və şirkətin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqəsi var.

Mənbə bildirib ki, N.Məmmədov haqqında həbs-qətimkan tədbiri seçilib.

Lakin Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov Trend-ə bildirib ki, həmin şəxs nazirliyin əməkdaşı deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti