...

Səyyar ASAN xidmət Kürdəmir və Fatmayıda

Cəmiyyət Materials 2 Noyabr 2015 14:52 (UTC +04:00)
Səyyar ASAN xidmət Kürdəmir və Fatmayıda vətəndaşlara xidmət göstərəcək.
Səyyar ASAN xidmət Kürdəmir və Fatmayıda

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Səyyar ASAN xidmət Kürdəmir və Fatmayıda vətəndaşlara xidmət göstərəcək.

ASAN-dan Trend-ə verilən məlumata görə, 2-16 noyabr tarixində Səyyar ASAN xidmət Kürdəmir şəhərində Kürdəmir və Hacıqabul, 2-10 noyabr isə Abşeron rayonu Fatmayı qəsəbəsində Abşeron rayonu sakinlərinə səyyar formada xidmət göstərəcək.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

· Notariat fəaliyyəti;
· Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
· Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
· Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
· Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
· Əmək pensiyalarının təyin edilməsi;
· Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
· Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
· Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti