...

142 - "Çağrı mərkəzi" 11 minə yaxın müraciəti cavablandırıb

Cəmiyyət Materials 3 Noyabr 2015 15:29 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - “Çağrı mərkəzi” tərəfindən ötən ay 10 841 müraciət cavablandırılıb.
142 - "Çağrı mərkəzi" 11 minə yaxın müraciəti cavablandırıb

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Cari ilin oktyabr ayında Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - "Çağrı mərkəzi" tərəfindən 10 841 müraciət cavablandırılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, daxil olan müraciətlərin 10 063-ü (92,8%) vətəndaşların nazirliyin fəaliyyət dairəsinə adi məsələlərlə əlaqədar sorğularından ibarət olub və həmin sorğularla bağlı vətəndaşlara aydın şəkildə və ətraflı izahatlar verilib. Ayrı-ayrı şəxslərin bu və ya digər sosial təminat növü ilə təmin olunmaq hüquqlarının müəyyən olunması məsələlərinin, təklif və şikayətlərin ifadə olunduğu 778 müraciət isə araşdırılması üçün müraciət vərəqəsi əsasında nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.

Ümumilikdə ötən ay 142 - "Çağrı mərkəzi"nə daxil olan müraciətlərin 4073-ü (37,6%) sosial təminat, 2452-sı (22,6%) əmək qanunvericiliyi, 2224-ü (20,5%) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə, 1209-u (11,2%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 883-ü (8,1%) isə məşğulluq məsələlərinə aid olub. Bu dövrdə əmək qanunvericiliyi ilə əlaqədar müraciətlərin sayı ötən ilin oktyabr ayı ilə müqayisədə 42,8 faiz azalıb.

Eyni zamanda nazirliyin elektron xidmətlərindən yararlanmaq istəyənlərin getdikcə artmasının göstəricisi kimi, bu e-xidmətlərdən istifadə məsələləri ilə əlaqədar müraciətlərin sayında əvvəlki sentyabr ayı ilə müqayisədə 10,3 faiz, cari ilin avqust ayı ilə müqayisədə 55,2 faiz artım qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti