...

"Kütləvi çıxarış" kampaniyası Sabunçu rayonunda (FOTO)

Cəmiyyət Materials 4 Noyabr 2015 16:11 (UTC +04:00)
“Kütləvi çıxarış” kampaniyası “bir pəncərə” prinsipi əsasında bu dəfə Sabunçu rayonunda baş tutub.
"Kütləvi çıxarış" kampaniyası Sabunçu rayonunda (FOTO)

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Bakının Səbail rayonunda start götürən "Kütləvi çıxarış" kampaniyası "bir pəncərə" prinsipi əsasında bu dəfə Sabunçu rayonunda baş tutub.

Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, rayonun Bakıxanov qəsəbəsində yerləşən 88 mənzilli binada yaşayan sakinlər kampaniyadan faydalanıb. Binadakı 30 mənzil sahibinə dövlət reyestrindən çıxarışlar təqdim olunub. Həmçinin, 50-dən çox vətəndaşdan mənzillər üzərində mülkiyyət hüququnu təsdiq edən ilkin hüquqi sənədlər qəbul olunub.

Qeyd edək ki, indiyədək respublikanın 20-dən çox şəhər və rayonunda birbaşa ünvanlarda keçirilən kampaniyaya paytaxt sakinləri də cəlb olunmağa başlayıb. Komitənin mobil ofisləri vasitəsilə (xüsusi avadanlıqlarla təchiz olunmuş nəqliyyat vasitələri) həyata keçirilən kampaniya çərçivəsində paytaxtdakı çoxmərtəbəli binalarda yaşayan mənzil sahiblərinə qeydiyyat xidmətləri göstərilir. Bu xidmətlərə dövlət reyestrindən çıxarışların təqdim olunması, eləcə də sakinlərdə olan mülkiyyətə dair ilkin sənədlərin qəbulu aiddir. Eyni zamanda, kampaniya çərçivəsində vətəndaşlara qeydiyyatla bağlı hüquqi məsələlər izah olunur, hüquqi yardımlar göstərilir.

Xatırladaq ki, kampaniya çərçivəsində yalnız "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna uyğun olaraq vətəndaşların mülkiyyət hüquqlarını təsdiq edən ilkin sənədlər əsasında çıxarışlar verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti