...

Sabah da hava yağıntılı olacaq

Cəmiyyət Materials 9 Noyabr 2015 13:29 (UTC +04:00)
Sabah Azərbaycanda hava yağıntılı olacaq.
Sabah da hava yağıntılı olacaq

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Sabah Azərbaycanda hava yağıntılı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, noyabrın 10-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 7-10°, gündüz 11-13° isti olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı, sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Temperaturun gecə 3-8° isti, gündüz 9-13° isti olacağı gözlənilir.

Dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-10° isti, gündüz 10-13° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti