...

Nazirlik: 3 zonada klassik yerli zəlzələlərin baş vermə ehtimalı yüksək sayıla bilər

Cəmiyyət Materials 16 Noyabr 2015 13:00 (UTC +04:00)
Oktyabr ayının sonuna ölkə ərazisində formalaşmış seysmogeodinamik şəraitin operativ təhlilinə istinadən, Şəki-Oğuz və Mərkəzi Xəzər seysmogen zonaları, qismən isə Şamaxı seysmoaktiv zonasının cənub-şərq kəsimi potensial seysmik risk zonası olaraq proqnozlaşdırılır.
Nazirlik: 3 zonada klassik yerli zəlzələlərin baş vermə ehtimalı yüksək sayıla bilər

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Oktyabr ayının sonuna ölkə ərazisində formalaşmış seysmogeodinamik şəraitin operativ təhlilinə istinadən, Şəki-Oğuz və Mərkəzi Xəzər seysmogen zonaları, qismən isə Şamaxı seysmoaktiv zonasının cənub-şərq kəsimi potensial seysmik risk zonası olaraq proqnozlaşdırılır. Hər üç zonada noyabr ayında klassik yerli zəlzələlərin baş vermə ehtimalı nisbətən yüksək sayıla bilər.

Trend-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bülleteninə istinadən verdiyi məlumata görə, oktyabr ayında respublika ərazisi və ona qonşu seysmoaktiv zonaların seysmоgeodinamik şəraitində ciddi dəyişikliklər müşahidə olunub.

Regional planda respublika ərazisı intensiv sıxılma gərginlik - deformasiya proseslərinin təsiri altında olub. Regionda üç müxtəlif mərkəzli gərginlik - deformasiya strukturu qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti