...

Belarusun səfiri “Azərbaycan Dəmir Yolları” QSC-də olub

Cəmiyyət Materials 16 Noyabr 2015 13:51 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Belarusun Azərbaycandakı səlahiyyətli səfiri Gennadiy Axramoviç ilə görüş keçirilib.
Belarusun səfiri “Azərbaycan Dəmir Yolları” QSC-də olub

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir Elmir Murad/

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Belarusun Azərbaycandakı səlahiyyətli səfiri Gennadiy Axramoviç ilə görüş keçirilib.

Qurumun Mətbuat Katibliyindən Trend-ə verilən məlumata görə, görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov səfirə Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib. İkitərəfli görüşdə Belorus şirkətləri ilə "Azərbaycan Dəmir Yolları" QSC arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Sonra səfir Gennadiy Axramoviç "Azərbaycan Dəmir Yolları" QSC-də bütün sahələrində həyata keçirilən genişmiqyaslı islahatlardan, İsveçrənin "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavoduda istehsal olunmuş iki mərtəbəli elektrik qatarlarının Bakı-Sumqayıt-Bakı marşrutunda istifadəsindən məmnun qaldığını bilirib.

Qeyd edək ki, ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti