...

Bakıda avtomobilinin şüşəsində plyonka olan 16 sürücüyə protokol yazıldı

Cəmiyyət Materials 17 Noyabr 2015 13:06 (UTC +04:00)
Şüşəsində plyonka olan avtomobillə hərəkət edən 16 sürücüyə dünən protokol yazılıb.
Bakıda avtomobilinin şüşəsində plyonka olan 16 sürücüyə protokol yazıldı

Bakı. Elmir Murad - Trend:

Şüşəsində plyonka olan avtomobillə hərəkət edən 16 sürücüyə dünən protokol yazılıb.

Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, sürücülər saxlanılan zaman bir sıra səbəblər göstəriblər: "Bu, sürücünü məsuliyyətdən azad etmir. Bəziləri avtomobilinin şüşələrinə pərdə, plyonka və jalüzlərin vurulma müddətinin başa çatması barədə məlumatının olmadığını bildiriblər. Bəziləri isə avtomobillərinin şüşələrində olan plyonkaları sökməyi unutduqlarını əsas gətirərək məsuliyyətdən yaxa qurtarmağa çalışıblar. Bir daha xatırladırıq ki, avtomobilinin şüşəsində pərdə, plyonka və jalüzlər olan sürücülər cərimələnəcəklər".

Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanuna edilən 1 saylı əlavənin, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi standarta əsasən avtomobilin şüşələrinə pərdə, plyonka və jalüzlərin vurulma müddəti başa çatdığından (noyabrın 15-dək) avtomobilləri bu formada idarə edən sürücülərə qarşı yol polisləri tərəfindən tədbirlər görülür. "Yol hərəkəti haqqında" qanunun tələbinə əsasən istismar edilən nəqliyyat vasitələrinin şüşələrinə pərdə, plonka, jalüz və digərlərinin quraşdırılaraq idarə edilməsinə görə, sürücülər 150 manat məbləğində cərimə olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti