...

Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi keçiriləcək

Cəmiyyət Materials 19 Noyabr 2015 11:57 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə noyabrın 24-26-da əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsini keçirəcək.
Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi keçiriləcək

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə noyabrın 24-26-da əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsini keçirəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi, Respublika Rəssamlar İttifaqı ilə əməkdaşlıq şəraitində keçirilən tədbir Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Təsviri sənət qalereyasında (Bakı şəhəri, Azadlıq prospekti, 16/21) təşkil olunacaq.

Sərgi-müsabiqədə respublikamızın bütün bölgələri üzrə 221 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın rəsm, xalçaçılıq, bədii tikmə, toxuma və hörmə, dulusçuluq, keramika, ağac üzərində oyma və metal üzərində işləmə, bədii tikmə və s. növlərdə hazırladıqları 762 əl işi nümayiş etdiriləcək.

ƏƏSMN-nin "2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na əsasən keçiriləcək tədbirdə müəyyən edilmiş nominasiyalar üzrə fərqlənənlərə mükafatlar təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti