...

Azərbaycanda dərman istehsal edən müəssisələr yaradılacaq

Cəmiyyət Materials 24 Noyabr 2015 11:51 (UTC +04:00)
“Biz yaxın zamanlarda Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılmasının şahidi olacağıq”.
Azərbaycanda dərman istehsal edən müəssisələr yaradılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

"Biz yaxın zamanlarda Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılmasının şahidi olacağıq".

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanın dərman sektoru yalnız xaricdə istehsal olunan dərmanlar hesabına özünü təmin edə bilməz: "Bu istiqamətdə işlər aparılır".

Ə.Əhmədov deyib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə Nazirlər Kabineti nəzdində yaradılan Tibbi Sığorta Agentliyinə rəhbər təyin edilib. O, hazırda bu strukturun yaradılması istiqamətində işlərin aparıldığını deyib: "Bilirsiniz ki, bu struktur Azərbaycanda ilk dəfə yaradılır. Ona görə də həm hüquqi, həm də təşkilatı baxımdan görüləcək işlər var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti