...

“Leonardo Da Vinçi” Şəmkirdə (FOTO)

Cəmiyyət Materials 24 Noyabr 2015 14:47 (UTC +04:00)
AzTV kanalında "Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün üçüncü oyunu efirə getdi.
“Leonardo Da Vinçi” Şəmkirdə (FOTO)

Bakı. Trend:

AzTV kanalında "Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün üçüncü oyunu efirə getdi. Tamaşaçılar zəkaların "Şərq döyüş növləri" mövzusunda olan mübarizələrini izlədilər.

Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Qafqaz Universitetinin tələbəsi Səhərnaz Hacımirzəyeva, sarı yolda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Maqsud Həsənov, yaşıl yolda isə Azərbaycan Tibb Universitetinin tələbəsi Roza Muradova mübarizə apardı. Bu mübarizənin qalibi qırmızı yolda qalib gələrək bunun mümkün olduğunu sübut edən Səhərnaz Hacımirzəyeva oldu.

Çəkiliş Şəmkirdə "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzində keçirilib.

Zəkalarımız "Da Vinçi" kimi dahi insani tanımaq yolunda mühüm bir addım atdılar. Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı olan bu şəxsiyyət barədə araşdırmaq, məlumat toplamaq elə də asan deyildi, ancaq zəkalarımız bunu bacardılar. Hətta qırmızı yolda udmağın mümkünlüyünü sübut etdilər "- deyə layihənin rəhbəri və aparıcısı Aydın Piriyev bildirib.

Təhsilinizi dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40 000, 30 000, 20 000 manatlıq təhsil haqqı qazandıran İntellekt Şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edəm I, II, III kurs tələbələri müraciət edə bilər.

İnformasiya dəstəyi- Trend, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti