...

Qubada müharibə əlilləri və şəhid ailələrinə yeni fərdi yaşayış evləri təqdim olunub (FOTO)

Cəmiyyət Materials 25 Noyabr 2015 13:13 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Quba rayonunda yeni fərdi yaşayış evləri müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub.
Qubada müharibə əlilləri və şəhid ailələrinə yeni fərdi yaşayış evləri təqdim olunub (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Quba rayonunda yeni fərdi yaşayış evləri müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, cari ilin ötən dövründə nazirlik artıq 170 nəfərdən çox müharibə əlili və şəhid ailəsini mənzillə təmin edib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, ƏƏSMN tərəfindən respublikanın bölgələrində inşa olunan fərdi yaşayış evlərinin müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilməsi işləri uğurla davam etdirilir.

Belə ki, nazirlik daha 6 yeni fərdi yaşayış evini Quba rayonunda bu təbəqədən olan insanlara təqdim edib. Onlardan 5-i Qarabağ müharibəsi əlillərinə, 1-i isə şəhid ailəsinə təqdim olunub.

Evlərin istifadəyə verilməsi tədbirlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, əlil ictimai təşkilatlarının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Çıxış edənlər Prezident cənab İlham Əliyevin müharibə əlilləri və şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təminatına göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.

Bildirilib ki, cari ildə ƏƏSMN tərəfindən Tərtər rayonunda 54 mənzilli yaşayış evi, ayrı-ayrı rayonlarda (Qusar, Ağcabədi, Ağdam, Yevlax, Bərdə, Zərdab, Goranboy, Quba) ümumilikdə 62 fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Həmçinin Bakı, Gəncə, Mingəçevir şəhərlərində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 56 mənzil bu təbəqələrdən olanlara təqdim olunub. Beləliklə, bu ilin ötən dövründə artıq 172 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunub. Hazırda isə həmin insanlar üçün ölkəmizin bölgələrində fərdi yaşayış evlərinin, Bakı şəhərində, İmişli, Beyləqan, Şamaxı rayonlarında çoxmənzilli yaşayış evlərinin inşası, şəhər yerlərində hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınaraq təmir etdirilməsi işləri davam etdirilir.

Tədbirlərdə müharibə əlilləri və şəhid ailələrinin maddi təminatlarının ilbəil gücləndirildiyi, onlara təyin olunan Prezident təqaüdlərinin mütəmadi olaraq artırıldığı, bu təbəqələrdən olanların qanunvericiliklə bir sıra imtiyazlara malik olduqları vurğulanıb. Yeni fərdi yaşayış evlərinin təqdim olunduğu müharibə əlilləri və şəhid ailələri dövlət başçısı tərəfindən onlara göstərilən qayğıkeş münasibətdən razılıqla söz açıblar. Onlar fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti