...

“Azərbaycanın geosiyasəti”

Cəmiyyət Materials 27 Noyabr 2015 14:56 (UTC +04:00)
Ermənistanın Rusiyadan savayı geosiyasi məkanda sıx əməkdaşlıq etdiyi dövlət İrandır.
“Azərbaycanın geosiyasəti”

Yunus Oğuz

"Azərbaycanın geosiyasəti"

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Ermənistanın Rusiyadan savayı geosiyasi məkanda sıx əməkdaşlıq etdiyi dövlət İrandır. Qeyd etmək yerinə düşərdi ki, Ermənistanın qeyr-konstruktivliyinin əsas səbəblərindən biri də rəsmi Tehranın bu işğalçı dövlətə verdiyi hərtərəfli siyasi, iqtisadi, hərbi-geostrateji dəstəyin verməsidir. İran da Rusiya kimi Qərbin, NATO-nun, ən əsası Türkiyənin Şərqə doğru irəliləməsinin əleyhinədir. Rusiya, İran və Ermənistanın yürütdüyü antiQərb. antiTürkiyə siyasəti onların Cənubi Qafqazda geosiyasi, geoiqtisadi, hərbi-geostratejimaraqları üst-üstə düşdüyündən, eyni zamanda bölgədə hər üç dövlətin antitürk xofu onları geostrateji əməkdaşlığa sövq edir.

Onun Rusiya ilə hərbi-siyasi müttəfiqliyi, beynəlxalq himayədarlarından yararlanması, eyni zamanda erməni lobbisinin vətəndaşı olduğu dövlətdə yüksək aktivliyi bu işğalçı dövlətə imkan verirdi ki, uzun illər beynəlxalq hüquqa, qlobal və regional təhlükəsizlik strukturlarının tələblərinə məhəl qoymur, buna görə də heç bir məsuliyyətə cəlb edilmirdi. Lakin, bu gün regionda və dünyada yaranmış yeni geosiyasi və geostrateji durum ondan xəbər verir ki, dünyanın prioritet problemi terrorizm, dağıdıcı ekstremizim, etnik separatizm və s. məsələlərdir. Əlbəttə, bu mövqe Ermənistan kimi pozuculuq nümayiş etdirən dövlətlərdə öz təsirini göstərməkdədir.

Bu sözlərin təsdiqi kimi Əli Həsənov yazır: "2005-ci ildən başlayaraq Ermənistanın dünyada və bölgədə üzləşdiyi əsas geosiyasi, geoiqtisadi və hərbi-geostrateji problemləri aşağıdakı kimi xarakterizə etmək olar:

• Dünya birliyi artıq əvvəlki illərdə olduğu kimi Ermənistanın işğalçı siyasətinə, BMT qətnamələrinə məhəl qoymamasına aşıq-aşkar göz yumur. Əsas beynəlxalq təşkilatlar- BMT, ATƏT, Avropa Birliyi, Avropa Şurası, İKT, ayrı-ayrı nüfuzlu ölkələr Azərbaycan torpaqlarının işğal faktını qəbul etmiş və beynəlxalq hüquq normalarına uyğun olaraq Ermənistanı işğalçı ölkə elan etmişdir...
• Beynəlxalq terrorizmlə mübarizə çərçivəsində ABŞ-la əməkdaşlıqdan imtina edə bilməyən Ermənistan, bununla paralel olaraq İran və Rusiya ilə müttəfiqlik münasibətlərini aşkar şəkildə davam etdirməkdə çətinlik çəkməyə başlayıb...
• Öz işğalçı siyasəti ilə qonşu Türkiyə və Azərbaycanla bütün münasibətlərini pozması və nəticədə regionda həyata keçirilən əksər qlobal enerji, nəqliyyat-kommunikasiya layihələrindən kənarda qalması Ermənistanın onsuz da məhdud olan iqtisadi inkişaf resurslarını, onu çətin sosial-iqtisadi vəziyyətə salmış, əhalisinin rifah halını bir qədər də pisləşdirmişdir...
• Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərinin açılışından, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin işə (rəsmi məlumatlara görə bu dəmiryolu 2015-ci ilin sonuna qədər işə düşməlidir-kursiv Y.O.) düşməsindən sonra Azərbaycan-Gürcüstan-Türkiyə strateji əməkdaşlığı və regional müttəfiqliyi daha da möhkəmlənəcəkdir...
• Nəhayət, özünün işğalçı siyasəti və ərazi iddiaları ilə qonşu Azərbaycan, Türkiyə və Gürcüstanla münasibətlərini pozan, bölgədə bu ölkələrin iştirakı ilə reallaşdırılan bütün beynəlxalq və regional layihələrdən kənarda qalan Ermənistanın getdikcə bütün inkişaf resursları tükənir, fəaliyyət müstəvisi daralır. Bu ölkə Cənubi Qafqazda Rusiyanın miskin "forpostuna", bölgənin ən zəif, etibarsız, arzuolunmaz, millitarist dövlətinə çevrilir". (Bax. s. 507-508)
Ermənistan belə vəziyyəti özünü çox da gözlətmədi. Bu dövlətin beynəlxalq aləmdə sərgilədiyi siyasi münasibətə daxildən də etiraz eşidilməyə başlayıb.

Müəllif Ermənistanın keçmiş xarici işlər naziri V. Oskanyana istinadən yazır ki, Cənubi Qafqaz dövlətlərinin birliyini şərtləndirən yeganə amil, onların Avropaya inteqrasiyaya can atması idi ki, bu da Ermənistanın Gömrük İttifaqına (2013, sentyabrın 3-də Ermənistan Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə daxil olmağa hazırlaşdıqların bəyan ediblər və sonra bu üzvlük həayat keçib- kursiv Y. O.) daxil olmaq qərarı ilə aradan qalxdı. Vardanyanın fikrincə, Ermənistanın bu addımı onu İran və Gürcüstanla da münasibətlərinə xələl gətirəcəkdir. Artıq Ermənistan nə qonşuları, nə də digər dövlətlərlə müstəqil xarici ticarət əlaqələri qurmaq səlahiyyətində deyil;- belə deyib sabiq nazir.

Göstərdiyimiz səbəblər üzündən ölkəsi miskin vəziyyətə düşmüş Ermənistan kəskin miqrasiya problemləri ilə də üzləşib. İqtisadi inkişafdan geri qalan, işləyən müəssisələrin müflis olması, insanların aylarca məvaciblərini ala bilməməsi səbəbindən hər il bu ölkəni tərk edənlərin sayı artmaqdadır. Üstəgəl siyasi aləmdə müxalifətə, yaxud "yad fikirlərə" təzyiq bu ölkəni daha da çıxılmaz vəziyyətə salıb. Hətta iş o yerə gəlib çatıb ki, Ermənistanın qeyri-hökumət təşkilatının sədri onlar üçün düşmən olan Azərbaycandan ailəsi ilə birlikdə siyasi sığınacaq istəyirlər. (sentyabr, 2015-ci ildə Vahan Martirosyan və onun ailəsi Azərbaycana sığındılar və bununla bağlı geniş mətbuat konfransı keçirildi.)

Rəsmi məlumata görə son iyirmi ildə (1990-2010) Ermənistanı 1,5 milyon nəfər insan tərk edib. Ölüm səviyyəsinin doğum səviyyəsindən yüksək olması və miqrasiya prosesi hər il ölkə əhalisinin təqribən 100 min nəfər azalması ilə nəticələnir. Miqrasiyaya səbəb olan iki problemin- ağır sosial-iqtisadi vəziyyət və Azərbaycanla müharibə şəraiti ölkədən qaçan, yaxud xaricə axının hələ uzun illər davam edəcəyini proqnozlaşdırmağa əsas verir, əgər Ermənistan tərəfi bundan sonra da bu şəkildə geosiyasi proseslər sərgiləyərsə, bu hökmən belə də olacaq.

***
Azərbaycan dövlətinin xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi regional geosiyasətin mahiyyəti, onun qonşulara olan münasibəti 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında təsbitini tapmışdır. Belə ki, Konstitusiyanın 10-cu maddəsində göstərilir ki, Azərbaycan başqa dövlətlərlə və xarici aləmlə əlaqələrini beynəlxalq hüquq normaları və ölkənin maraqlarını nəzərdə tutan prinsiplər əsasında qurur.

Bu baxımdan Əli Həsənov da Konstitusiya prinsiplərini əsas gətirərək və dövlətimizin Qara dəniz və Cənubi Qafqaz ölkələri ilə geosiyasi münasibətlərinin xarakteristikasını verərkən yazır ki, Azərbaycan dövlətinin regional geosiyasətdə rəhbər tutduğu əsas vəzifələri aşağıdakı kimi təsnif etmək olar:
- ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü təmin etmək, onun milli təhlükəsizliyini regional və beynəlxalq təhlükəsizlik sistemləri ilə sıx əlaqələndirmək;
- Azərbaycanın geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqlarına cavab verən regional təşkilatlara qoşulmaq, regional münasibətlərin qurulması və inkişafında fəal iştirak etmək;
- regionun və dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əməkdaşlıq və tərəfdaşlıq münasibətləri yaratmaq, bu münasibətlərdən respublikanın geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqlarının təmin olunmasında istifadə etmək;
- mənafeyi Azərbaycanın milli və regional mənafeləri ilə tam uyğun gələn dövlətlər və dövlətlər birliyi ilə strateji müttəfiqlik münasibətləri yaratmaq, respublikanın beynəlxalq və regional mövqelərinin möhkəmlənməsi sahəsində onların dəstəyindən bəhrələnmək;
- respublika əhalisinin əsas hüquq və azadlıqlarının qorunması, ölkənin demokratiya və azad bazar iqtisadiyyatı yolu ilə irəliləməsi, müstəqil daxili və xarici siyasət yürütməsi üçün əlverişli regional şəraitin yaradılmasına nail olmaq;
- Cənubi Qafqazın millitaristləşdirilməsinin, hərbi bloklararası qarşıdurma və münaqişə mərkəzinə çevirilməsinin qarşısını almaq, dövlətlərin bir-birinə ərazi iddiaları, etnik separatizm, dini-milli-sosial qarşıdurma və s. zəmində yaranmış regional gərginliyi aradan qaldırmaq və mehriban qonşuluq münasibətlərinin yaradılmasına səy göstərmək;
- Azərbaycanın hər hansı xarici təzyiqlərinin qarşısını alan və ya onları minimuma endirən beynəlxalq himayə mexanizmlərinin yaradılmasına nail olmaq;
- dövlətin əksər beynəlxalq və regional qurumlarda təmsilçiliyinə, iqtisadi, elmi-texniki, mədəni, humanitar və s. təşkilatlarda fəal iştirakına, yaxud qarşılıqlı tərəfdaşlığına çalışmaq və s.
Ardı var

Məqalədə:
Xəbər lenti

Xəbər lenti