...

Gəncədə dini mövzuda tədbir keçirilib

Cəmiyyət Materials 27 Noyabr 2015 18:15 (UTC +04:00)
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir.
Gəncədə dini mövzuda tədbir keçirilib

Bakı. Elmir Murad - Trend:

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) Trend-ə daxil olan məlumata görə, qurumun dəstəyi ilə Gəncə şəhər Qazaxlar məscidi dini icmasının həyata keçirdiyi "Müasir gəncliyin ənənəvi İslamda rolu" layihəsi çərçivəsində "Radikalizmə qarşı mübarizədə dini icmaların rolu" mövzusunda üçüncü maarifləndirici tədbir keçirilib.

Gəncə şəhər Həzrəti Zeynəb məscidində təşkil edilə tədbirdə Komitənin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, dini icmanın sədri Rahil İsmayılov, DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı İlkin Abbasov, Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Namik Talıbov, Həzrəti Zeynəb məscidi dini icmasının sədri Rahilə İsmayılova, dindarlar və dini icmanın üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri A.Əliyev Dövlət Komitəsinin ümumilikdə respublikada, eyni zamanda Gəncə bölgəsində dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb.

Şöbə müdiri bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən silsilə maarifləndirmə tədbirləri həyata keçiriləcək.

Tədbirdə çıxış edən Gəncə şəhər Qazaxlar məscidi dini icmasının sədri R.İsmayılov layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.

Görüşdə ekspert qismində çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı İ.Abbasov və Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı N.Talıbov dini maarifləndirmə sahəsində görülən işlərin vacibliyindən danışaraq bu mövzunun mühümlüyünü xüsusi qeyd ediblər.

Tədbirdə torpaqlarımızın azad edilməsi üçün dualar oxunub, şəhidlərimizin xatirəsi hörmətlə yad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti